Prezident Aslan Aslanovu təltif etdi

  • By admin
  • 18 Avqust 2021 12:55

Azərbaycan Respublikasında mətbuat sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Aslan Əhməd oğlu Aslanov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Gununsesi.info xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki,  A.Aslanov Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədridir. Bu gün onun 70 yaşı tamam olur.