Prezident AŞPA-nın həmməruzəçilərini qəbul edib

  • By admin
  • 15 İyun 2016 12:42

 preszident meruzechileri qebul etdi 2

 

Prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Predanı və Stefan Şennakı qəbul edib.

Gununsesi.info xəbər verir ki, AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak ölkəmizə əlamətdar bir gündə – 15 iyun Milli Qurtuluş Günündə səfər etmələrinin əhəmiyyətini bildirdilər. Onlar Bakıda keçiriləcək Formula-1 yarışlarının beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyini vurğuladılar. Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlığa toxunan qonaqlar bu əməkdaşlığın uğurla inkişaf etdiyini diqqətə çatdırıblar. Həmməruzəçilər “Məhkum olunmuş bir sıra şəxslərin əfv olunması haqqında” Azərbaycan Prezidentinin Sərəncamının və Amnistiya aktı haqqında Qanunun qəbul edilməsinin Avropa Şurası tərəfindən alqışlandığını deyiblər və bunların önəmini vurğulayıblar.

Dövlət başçısı ölkəmiz ilə Avropa Şurası arasında uzun illər səmərəli və konstruktiv əməkdaşlığın həyata keçirildiyini bildirib və əməkdaşlığımızın hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib. Prezident İlham Əliyev Azərbaycanın bu təşkilatın ən fəal üzvlərindən biri olduğunu deyib. Dövlət başçısı əməkdaşlığımızın bundan sonra da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti və əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Gununsesi.info