Prezident: “Bakı-Tbilisi-Qars xətti Çin dəmir yoluna birləşdiriləcək”

  • By admin
  • 06 Sentyabr 2016 21:34

erdogan

Tikilməkdə olan Bakı-Tbilisi-Qars xətti Çin dəmir yoluna birləşdiriləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Çinin Hançjou şəhərində keçirilən “Böyük İyirmilik” (G20) Sammiti çərçivəsində təşkil olunan mətbuat konfransında Türkiyənin iştirakı ilə həyata keçirilən iqtisadi layihələrdən bəhs edən Prezident Rəcəb Tayyib Ərdoğan məlumat verib.

İstanbul boğazının altından inşa olunan “Marmaray” və boğazın üstündə yeni istifadəyə verilən Yavuz Sultan Səlim körpüsündə salınmış dəmir yolu xətlərinin əhəmiyyətindən danışan Türkiyə Prezidenti diqqətə çatdırıb ki, London-Pekin dəmir yolu xətti layihəsi tarixi İpək Yolu üzərində çox mühüm rola malik layihədir. Dövlət başçısı bildirib ki, hazırda Türkiyə və Çin birlikdə Qars-Edirnə dəmir yolu layihəsi üzərində çalışırlar.

Gununsesi.info