Prezident Biləsuvarda bir sıra açılışlar etdi

  • By admin
  • 03 Sentyabr 2016 14:10

bilesuvar

Bu gün Prezident İlham Əliyev Biləsuvar rayonuna səfər edib.

Gununsesi.info-nun məlumatına görə, dövlət başçısı əvvəlcə Biləsuvar şəhərinin mərkəzində Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Prezident İlham Əliyev həmçinin Biləsuvarda əsaslı təmir və yenidənqurmadan sonra 132 çarpayılıq Mərkəzi Rayon Xəstəxanasında həyata keçirilmiş işlərlə tanış olub. Xəstəxana ilə tanışlıqdan sonra tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Hətta, prezident Biləsuvarda uzunluğu 6 km olan Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışında da iştirak edib.

Dövlət başçısına yolun texniki göstəriciləri barədə məlumat verilib.

Sonra ölkə başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

Gununsesi.info