“Prezident bildirib ki, bütün qərarlar qəbul edilib və məqsədlərə nail olunacaq” - PESKOV ATƏŞKƏSDƏN DANIŞDI

  • By admin
  • 24 Fevral 2022 15:35

Kiyev Rusiya tərəfinin qaldırdığı məsələlərlə bağlı danışmağa hazır olsa, Rusiya Federasiyası Ukrayna rəhbərliyi ilə danışıqlara hazırdır.

Gununsesi.info-nun məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskiv bildirib.

O, Rusiya Federasiyasının Ukraynanın demilitarizasiyası üzrə xüsusi əməliyyatının öz məqsədləri olduğunu söyləyib:

“Əməliyyatın öz məqsədləri var, onlara nail olmaq lazımdır. Prezident bildirib ki, bütün qərarlar qəbul edilib və məqsədlərə nail olunacaq”, – deyə Peskov jurnalistlərə deyib.

Mətbuat katibi onu da qeyd edib ki, əməliyyatın vaxtından əvvəl dayandırılmasının mümkünlüyündən xəbəri yoxdur – bu, Ali Baş Komandanın qərarıdır.

 

Gununsesi.info