Litva prezidenti Gitanas Nauseda bir dəfə onu hər yerdə müşayiət edən mühafizəçilərdən necə qaçdığını danışıb.
Gununsesi.info xəbər verir ki, o, bu barədə “Delfi”nin “Proto industrija” YouTube kanalına verdiyi müsahibəsində bildirib.
Nauseda müsahibəsində prezidentliyin onun həyatını necə dəyişdiyini və amillərdən birinin daimi təhlükəsizliyin olmasından danışıb:
“Bir dəfə mühafizəçilərdən qaçsam da (nə vaxt və harada deməyəcəyəm), lakin sonra mühafizəçilərin üzlərini görüb bir daha bunu etməmək qərarına gəldim”..
Bundan əvvəl media Nausedanın basketbola baxmaq üçün Brüsseldə oktyabrın 26-27-də keçirilən Avropa Şurasının iclasını vaxtından əvvəl tərk edə biləcəyini yazmışdı.
Qeyd edək ki, son sorğulara görə, Nauseda Litvada ən populyar siyasətçi olmaqda davam edir.
Gununsesi.info