Prezident bu ASC-yə 160 milyon manat ayırdı

Prezident bu ASC-yə 160 milyon manat ayırdı


Prezident İlham Əliyev taxılçılıq, pambıqçılıq, çəltikçilik, çayçılıq və bağçılıq kimi ənənəvi kənd təsərrüfatı sahələrinin davamlı inkişafı məqsədi ilə kənd təsərrüfatı məhsulları istehsalçılarının texnikaya, suvarma sistemləri dəstlərinə və avadanlığa ehtiyacını ödəmək məqsədi ilə sərəncam imzalayıb. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısı “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.6.1-ci yarımbəndində göstərilmiş məbləğin 160,0 (yüz altımış) milyon manatını “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə ayırıb.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə isə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Gununsesi.info

COMMENTS