Prezident İlham Əliyevin sərəncamı ilə ali xüsusi rütbə alan zabitlər arasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayev və Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Əkbər İsmayılov da var.
Sərəncamla onların hər ikisinə polis general-mayoru ali xüsusi rütbəsi verilib.
Qeyd edək ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun 2020-ci ilin iyul ayında imzaladığı əmrlə Ə.Rzayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə, 2020-ci ilin noyabr ayında imzaladığı əmrlə Ə.İsmayılov Bakı Şəhər Baş Polis İdarəsinə rəis təyin edilib.
Gununsesi.info