Azərbaycan Prezidenti İlham Əliyev Sabunçu rayonunun Maştağa–Nardaran avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Gununsesi.info sərəncamın mətnini təqdim edir:
1. Altmış üç min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Maştağa–Nardaran avtomobil yolunun yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 9,5 milyon (doqquz milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
***
Prezident İlham Əliyev Bakı şəhəri Qaradağ rayonunun ərazisində yerləşən Heybət dəmir yolu stansiyasının ləğv edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: Bakı şəhəri Qaradağ rayonunun ərazisində yerləşən Heybət dəmir yolu stansiyasına bitişik hissədə beynəlxalq standartlara cavab verən, geniş əraziyə və müasir infrastruktura malik, yeni informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş dəmir yolu stansiyası inşa edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Coğrafi obyektlərin adları haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən qərara alıram:
1. Bakı şəhəri Qaradağ rayonunun ərazisində yerləşən Heybət dəmir yolu stansiyası ləğv edilsin. Yeni inşa edilmiş dəmir yolu stansiyası “Abşeron” adlandırılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
***
Prezident İlham Əliyevin imzaladığı fərmanlar aşağıdakı kimidir:
“Hökumət və xüsusi dövlət rabitəsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 7 fevral tarixli 583 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə;
“Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında;
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə;
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 18 dekabr tarixli 54 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə;
“Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 388 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında;
***
“İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 6 sentyabr tarixli 629 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə;
“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 dekabr tarixli 1704 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə;
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə;
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında;
“Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci 13 dekabr tarixli 328 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında;
Gununsesi.info