Gələn il Türkmənistanda taxıl əkini azaldılacaq və bunun əvəzində pambıq əkini artırılacaq.
Gununsesi.org Cebhe.info-ya istinadla xəbər verir ki, bu barədə göstərişi Prezident Qurbanqulu Berdımuhəmmədov verib.
Türkmənistan dövlət mətbuatının məlumatına görə, 21 noyabrda kənd təsərrüfatının inkişafına həsr olunan müşavirədə Prezident bu tələblə çıxış edib.
Prezident tapşırıb ki, gələn il üçün buğda əkininə nəzərdə tutulan sahələr 760 milyon hektardan 690 min hektara qədər azaldılmalıdır. Taxıl planı isə 1,6 milyon tondan 1,4 milyon tona qədər azaldılacaq. Prezident bunu un və çörəklə əhalinin artıq tam təmin olunması ilə əlaqələndirib.
Berdımuhəmmədov qeyd edib ki, artıq taxıl əkilməyəcək bu sahələr pambıq sahələrinə birləşdirilməldir. Beləliklə də pambıq planı 1 milyon tondan 1,25 milyon tona qədər artırılacaq. Prezident bunu pambıqdan yüngül sənayedə və hətta ərzaq sənayesində geniş istifadə imkanlarının genişliyi ilə əlaqələndirib.