Prezident daha 2 səfirin etimadnaməsini qəbul etdi  - FOTO

  • By admin
  • 26 Yanvar 2023 11:50

Prezident İlham Əliyev yanvarın 26-da Yunanıstannın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xristos Kapodistriasın etimadnaməsini qəbul edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Prezident İlham Əliyev, həmçinin yanvarın 26-da Meksika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Mariya Viktoriya Romero Kabalyeronun etimadnaməsini qəbul edib.

Gununsesi.info