
Xəbər verildiyi kimi , bu gün Milli Olimpiya Komitəsində 2016-cı ilə yekun vurulub, idmançılara və idman mütəxəssislərinə mükafatların təqdim edilməsi mərasimi keçirilib.
Gununsesi.info xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev də iştirak, həmçinin, çıxış edib.
Prezidentin çıxışından sonra 2016-cı ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub.
Mükafatlandırılanlar (mükafat təqdim edilənlər) arasında millət vəkili, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev də olub.
K. HƏMZƏOĞLU
Gununsesi.info