
Polşa Prezidenti Andrey Duda hücumkar dövlətləri uzaq tutmaq üçün yeni bir “Dəmir Pərdə”nin inşasına hazır olduğunu söyləyib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Latviyadan olan həmkarı Eqils Levitslə qatıldığı təhlükəsizlik toplantısında dəyərləndirmələr edən Duda toqquşmaları öz ölkələrindən uzaq tutmaq üçün hər şey etməyə hazır olduqlarını vurğulayıb.
Duda Rusiyanın bugünki məqsədinin Çarlıq imperatorluğunu yenidən qurmaq olduğunu iddia edib.
Ölkəsinin təhlükəsizliyinin ən önəmli faktor olduğunu bildirən Polşa lideri ölkəsinin şərqində torpaqlarını və müstəqilliklərini əllərindən almaq istəyən hücumkar bir dövlətə qarşı uğraşmaq məcburiyyətində qalarsa, “Dəmir Pərdə”ni yenidən inşa etməyə hazır olduğunu bildirib.
Arzu