Prezident Elçibəyə verilmiş ilk xarici pasport Tarix Müzeyinə təqdim edilib - FOTOLAR

Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyə dövlət başçısı seçildikdən sonra verilmiş ilk xarici pasport Milli Azərbaycan Tarixi Müzeyinə təqdim edilib.

Gununsesi.info Azpost.info-ya istinadən bildirir ki, bu barədə Muzeyinin icraçı direktoru Fərhad Cabbarov məlumat verib.

Sənədi Milli Məclisin sabiq deputatı, KXCP sədri Mirmahmud Mirəlioğlu verib. Onunla birgə sabiq prezidentin köməkçisi olmuş Ədalət Tahirzadə Muzeyi ziyarət edib.

Ədalət Tahirzadə həmçinin Əbülfəz Elçibəyin öz əli ilə yazdığı tərcümeyi-halını muzeyə ərməğan edib. Həmçinin 17 noyabr 1988-ci ildə Azadlıq meydanında ilk dəfə qaldırılan üçrəngli bayraq da muzeyə təqdim olunub.

Prezident Elçibəyin bu xarici pasportu müstəqil Azərbaycanda ilk şəxsiyyət vəsiqəsi sayıla bilər. Sənəd 1992-ci il iyunun 7-də Elçibəyə təqdim olunub.

Əbülfəz Elçibəy prezident seçildikdən sonra xarici səfərlərə getməsi üçün bu vəsiqəni Türkiyədə hazırlanıb.

Azpost.info

 

Gununsesi.info