Prezident Elman Məmmədova “Şöhrət” ordeni verdi – SƏRƏNCAM

  • By admin
  • 30 Dekabr 2020 19:24

Prezident İlham Əliyev Millət vəkili Elman Məmmədovun “Şöhrət” ordeni ilə təltif olunması ilə bağlı Sərəncam imzalayıb.

 

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Elman Camal oğlu Məmmədov “Şöhrət” ordeni ilə təltif edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 dekabr 2020-ci il”.

 

Gununsesi.info