Prezident Ərdoğan NATO lideri Rutte ilə görüşüb

Prezident Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Mark Rutte ilə görüşüb.

Gununsesi.info Türk mediasına istinadən xəbər verir ki, görüşdə Suriyadakı son hadisələr müzakirə edilib.

Prezident Ərdoğan Türkiyənin Suriyanın yenidən qurulması üçün əlindən gələni etməyə davam edəcəyini bildirib.

Prezident Ərdoğan bildirib ki, Türkiyə Suriyada vətəndaş müharibəsinin başladığı ilk gündən Suriyanın ərazi bütövlüyü və sabitliyinin qorunmasını müdafiə edir.

Orxan Saffari

Gununsesi.info