Prezident Ərdoğana Manas medalı təqdim edildi: Qəzza Türk dünyasına çağırış

“Manas” ordeni Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 11-ci Zirvə Toplantısında iştirak etmək üçün Qırğızıstanda səfərdə olan Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, mərasimdə iki ölkə arasında müxtəlif sahələrdə 19 müqavilə imzalanıb.

Qırğızıstan prezidenti Sadır Çaparovla görüşündə İsrail hücumlarının da gündəmə gətirildiyini deyən Ərdoğan, “Türk dünyası olaraq Qəzzada yaşanan dramlara qarşı sərt mövqe nümayiş etdirməliyik” deyib. 

Həmçinin iki ölkə arasında strateji tərəfdaşlığı hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə qaldıracaq sənədi imzalayacaqlarını deyən Ərdoğan, təhlükəsizlik, nəqliyyat, səhiyyə və digər sahələrdə əlaqələri dərinləşdirəcək bir mexanizm quracaqlarını da bildirib.

Orxan Saffari

Gununsesi.info