Prezident Ermənistanın işğalçılıq siyasətini bir daha ifşa etdi - Əhliman Əmiraslanov

Müasir beynəlxalq hüquqda bir sıra xüsusi əhəmiyyətli normalar mövcuddur ki, onlarsız beynəlxalq sistemin normal fəaliyyət göstərməsi praktik cəhətdən mümkün deyildir. Həmin normalar beynəlxalq hüququn əsas prinsipləridir. Beynəlxalq hüququn bir sıra əsas prinsipləri BMT Nizamnaməsinin 2-ci maddəsində BMT-nin bütün üzvləri üçün məcburi normalar kimi göstərilmişdir.

Dövlətlərin məsuliyyəti də beynəlxalq hüququn əsas prinsipidir.  Baxmayaraq ki, hazırkı mürəkkəb beynəlxalq şəraitdə hüququn aliliyi və onun tətbiqi ən aktual məsələdir. Ancaq müasir dövrdə beynəlxalq hüquq normalarına məhəl qoymadan beynəlxalq təkilatların, o cümlədən BMT-nin qərar və qətnamələrinə əhəmiyyət vermədən bəzi dövlətlər işğalçılıq, separatist, terrorçu siyasətini açıq aşkar aparırlar. Hazırkı mürəkkəb beynəlxalq şəraitdə hüququn aliliyi və onun tətbiqində ikili standartlar, bəzi hallarda ayrı-ayrı hegemon dövlətlərin iradəsinin beynəlxalq hüquqdan üstün tutulması hüququn gücünün yox, gücün hüququnun keçərli olduğunu əyani şəkildə göstərir.

Bu baxımdan, BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda Prezident İlham Əliyevin BMT və beynəlxalq hüquq sistemində aktual olan bir sıra mühüm məsələlərə münasibət bildirməsi xüsusi əhəmiyyət kəsb edir. Ən əsası Azərabycan Prezidenti cənab İlham Əliyev bu vacib məslələri Qoşulmama Hərəkatının sədri kimi 120 ölkənin adından dilə gətirərək bildirdi ki, “Əvvəla Yaranmasının 75-ci ildönümündə biz BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılması, beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, universal və təmsilçiliyi təmin edən orqan kimi nüfuzunun möhkəmləndirilməsi, habelə müasir geosiyasi reallıqlara cavab verən daha demokratik, məhsuldar, səmərəli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırırıq.”

Bu çağırış mühüm bir çağırış olamqla əslində həyata keçiriləcəyi təqdirdə BMT-nin fəliyyətində yeni keyfiyyət mərhələsi yarada biləcək bir çağırışdır. Çünki doğurdan da hazırda belə bir yenilənməyə çox böyük ehtiyac var. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ölkəmizin qətiyyətli mövqeyini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması üçün ölkəmizin həm siyasi-iqtisadi, həm də hərbi qüdrətinin olduqca böyük olduğunu isbatladı, Ermənistana, həm də onun havadarlarına mesaj verdi ki, Azərbaycan bundan sonra da qətiyyətli mövqeyindən geri çəkilməyəcək, beynəlxalq hüququn verdiyi bütün imkanlardan istifadə edərək dövlətimizi, xalqımızı qoruyacaq, ərazi bütövlüyümüzü təmin edəcək.

Cənab Prezident çıxışında BMT TŞ-nın işğalçı Ermənistanın ordu birləşmələrinin qeydsiz-şərtsiz işğal edilmiş ərazilərimizdən çıxarılmasını tələb edən 4 qətnamənin olmasına baxmayaraq işğalın hələ də davam etdiyini bildirdi. Bəyan etdi ki, üstəlik hazırki mərhələdə yeni torpaq işğalı üçün hərbi-siyasi hazrlıq içərisində olan Ermənistanda qonşu ölkəyə münasibətin nifrət üzərində qurulduğunu, nasizmə və faşizmə söykəndiyini bildirərək qeyd etdi ki, təcavüzkar ritorika və təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir. Düşünürəm ki, cənab Prezidentin bu çıxışı bir daha beynəlxalq tribunadan Ermənistanın işğalçılıq siyasətininin ifşa edilməsi kimi xarakterizə oluna bilər. Cənab İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında praqmatik tezisləri ilə qətiyyətli çıxışı ölkəmizin ziyalıları, ictimai-siyasi mühiti, xüsusilə xalqımız tərəfindən çox böyük rəğbətlə qarşılandı.

Milli Məclisin Səhiyyə komitəsinin sədri, 

akademik Əhliman Əmiraslanov

Gununsesi.info