Prezident fərman imzaladı

Prezident İlham Əliyev “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Fərmanla “Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 yanvar tarixli 1257 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alınır:

HTML tutorial

1. “Aqroparklar haqqında Nümunəvi Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Müəyyən edilsin ki, “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”də səlahiyyətli orqan dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

3.1. “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”nin 3.7-ci bəndinin ikinci cümləsində, 4.3-cü bəndinin üçüncü cümləsində, 5.1.6-cı, 6.1.11-ci, 8.6.6-cı yarımbəndlərində və 8.8-ci bəndində nəzərdə tutulmuş aktları altı ay müddətində qəbul etsin;

3.2. “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”dən irəli gələn digər vəzifələri həyata keçirsin.

Gununsesi.info