Prezident fərman imzaladı

  • By admin
  • 18 Dekabr 2021 15:35

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 427 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Gununsesi.info  xəbər verir ki, Fərmanla qərara alınır:

– Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 427 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2584) ilə təsdiq edilmiş “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

– 5.1.2-ci yarımbəndə “2.1.2 – 2.1.4-cü” sözlərindən sonra “, 4.0.2-ci və 4.0.4-cü” sözləri əlavə edilsin və həmin yarımbənddə “2.1.2-ci və 2.1.3-cü” sözləri “2.1.2-ci, 2.1.3-cü və 4.0.4-cü” sözləri ilə əvəz olunsun;

– 5.5.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“5.5.3. hüquqi şəxs ləğv olunduqda, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə, həmin şəxs məhkəmə tərəfindən ölmüş elan edildikdə, itkin düşmüş və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, yaxud vəfat etdikdə;”;

– 5.5.6-cı yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 5.5.7-ci yarımbənd əlavə olunsun:

“5.5.7. “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun dayandırılmasına səbəb olan hallar 12 (on iki) ay ərzində təkrar aşkar edildikdə.”.

Bu Fərman dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

Gununsesi.info