Prezident Fuad Ələsgərovu “Şöhrət” ordeni ilə təltif etdi - SƏRƏNCAM

  • By admin
  • 13 May 2019 13:00

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərovu “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərənzam imzalayıb.

Gununsesi.org -un məlumatına görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Fuad Murtuz oğlu Ələsgərov “Şöhrət” ordeni ilə təltif edilsin”.