Prezident gömrükçüləri təltif etdi

  • By admin
  • 27 Yanvar 2017 17:48

ilham-serencam_1

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına fəxri adların verilməsi haqqında  Sərəncam imzalayıb.

Gununsesi.info-nun məlumatına görə, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Gömrük orqanlarında səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar dövlət qulluqçusu”

Mehdiyev Səfər Məmməd oğlu

“Əməkdar hüquqşünas”

Ələsgərli Fikrət Vahid oğlu

Gununsesi.info