Prezident həmvətənlərinin Ukrayna Silahlı Qüvvələrinə qoşulmasına icazə verdi

Çexiya prezidenti Petr Pavel ölkənin 60 vətəndaşına Ukrayna Silahlı Qüvvələri sıralarına qoşulmaq imkanı verib.

Gununsesi.info xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Filip Platoşun bəyanatında deyilir.

O bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulmaq imkanı xahişi ilə prezidentə müraciət edən Çexiya vətəndaşlarının ümumi sayı 180 nəfəri ötüb.

Baş nazir Petr Fiala daha əvvəl bildirmişdi ki, bu ilin sonuna qədər Çexiya hakimiyyəti Ukraynanı 500 min iri çaplı artilleriya sursatı ilə təmin etmək məqsədinə nail olacaq.

 

 

Gununsesi.info