Prezident Həsən Ruhaninin qardaşı korrupsiya ittihamı ilə 5 il azadlıqdan məhrum edildi

  • By admin
  • 01 Oktyabr 2019 20:03

İran prezidenti Həsən Ruhaninin qardaşı korrupsiya və rüşvətxorluq ittihamı ilə 5 il müddətinə həbs cəzasına məhkum edilib.

Gununsesi.org xəbər verir ki, Məhkəmə sözçüsü Qulamhüseyin İsmaili çərşənbə axşamı müxbirlərə Hüseyn Firudinə qarşı başqa ittihamlar da irəli sürüləcəyini deyib, lakin təfərrüata varmayıb.

Yarı-rəsmi Fars xəbər agentliyi adını açıqlamadığı mənbələrə istinadən bildirib ki, Firudin banklar və iqtisadiyyatın güclü sahələrinə nəzarət edən yüksək səviyyəli rəsmilərə külli miqdarda pul ödəyib.

İranın 46 nəfərdən çox millət vəkili iki il öncə Ruhanini qardaşını “maliyyə korrupsiyası” ittihamlarla üzləşmək üçün ilə məhkəməyə təqdim etməsinə çağırmışdı.

Ruhaninin digər siyasi rəqibləri prezidentin yaxın çevrəsinə daxil olan və onun “gözləri və qulaqları” adlandırılan Firudini korrupsiyada ittiham etmişdilər.

 

 

Gununsesi.org