Prezident Neftçala Sənaye Məhəlləsinin açılışında iştirak edib

  • By admin
  • 24 Sentyabr 2017 13:15

15062404481016212730_1000x669
Bu gün Azərbaycan prezidenti İlham Əliyev Neftçala Sənaye Məhəlləsinin açılışında iştirak edib.

Gununsesi.info-nun məlumatına görə, iqtisadiyyat naziri Şahin Mustafayev görülən işlərlə bağlı dövlət başçısına ətraflı məlumat verib.

Bildirilib ki, sənaye məhəlləsində yüksək standartlara cavab verən 7 istehsal sahəsi, ikimərtəbəli inzibati bina, texniki və köməkçi binalar tikilib. Hazırda Neftçala Sənaye Məhəlləsində 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Sənaye Məhəlləsinin iştirakçıları tərəfindən istehsal sahələrinin yaradılmasına 45,3 milyon manat investisiya yatırılıb. Bununla belə, iş adamlarının sənaye məhəlləsinə cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir və tələbata uyğun olaraq məhəllənin ərazisi genişləndiriləcək. Sənaye Məhəlləsində ümumilikdə 474 daimi iş yeri yaradılıb.

Gununsesi.info