
103 Çexiya vətəndaşı Ukrayna Silahlı Qüvvələrində xidmət edəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə Çexiya prezidentinin nümayəndəsi Jiri Ovçaçek Tvitter hesabında məlumat verib.
Qeyd olunub ki, Çexiya Prezidenti Miloş Zeman 103 vətəndaşın Ukrayna ordusuna daxil olmasına icazə verib.
O əlavə edib ki, Baş nazir Peter Fiala hələ də qərarı imzalamalıdır.
Gununsesi.info