
Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.
Gununsesi.info-nun məlumatına görə, Azərbaycan idmançıları və onların məşqçilərini IV İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək üçün ən yüksək nəticələrə görə mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:
– birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat;
– ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manat;
– üçüncü yeri tutan hər bir idmançıya 20 min manat, onun məşqçisinə 10 min manat.
Gununsesi.info




