Prezident İlham Əliyev dövlət büdcəsinin icrasını təsdiqləyib 

  • By admin
  • 11 İyun 2016 12:55

 

Ilham Aliyevv

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında” qanunun təsdiqlənməsi haqqında sərəncam imzalayıb.

Gununsesi.info xəbər verir ki, Azərbaycanın 2015-ci il dövlət büdcəsinin icrasının gəlirləri 17 497 964,7 min manat, xərclər 17 784 535,2 min manat məbləğində olmaqla təsdiqlənib.

Sərəncama əsasən, 2015-ci il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan qalıq (sərbəst qalıq) 2016-cı il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə və dövlət borcuna xidmətlə bağlı yarana biləcək xərclərin ödənilməsinə yönəldiləcək.