Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanıİlham Əliyev iyunun 25-də Bakının Xətai rayonunda hərbçilər üçün inşa edilən binada yaradılan şəraitlə tanış olub.
Gununsesi.info məlumat verir ki, müdafiə naziri Zakir Həsənov dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyevə raport verib.
Bildirilib ki, bina Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Prezident İlham Əliyevin 2010-cu ildə imzaladığı sərəncama uyğun olaraq tikilib.
Yeni bina bir girişli olmaqla 14 mərtəbəlidir. Burada ümumilikdə 65 mənzil var. Onlardan 39-u iki otaqlı, 26-sı isə üç otaqlıdır.
Prezident İlham Əliyev mənzillərdə yaradılan şəraitlə tanış olub.
Sonra dövlət başçısı hərbçilərlə görüşüb.
Prezident İlham Əliyev görüşdə çıxış edib.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyev hərbçilərin bir qrupuna mənzillərin ordenlərini təqdim edib.
Sonda xatirə şəkli çəkdirilib.