Prezident İlham Əliyev telekanallara müsahibəsində Yeni Kaledoniyada saxlanılan azərbaycanlı jurnalist barədə danışıb

  • By ilhame
  • 10 Yanvar 2024 21:05

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Fransanın müstəmləkə siyasətindən bəhs edərkən ötən ay Yeni Kaledoniyada saxlanılan azərbaycanlı jurnalist qadın barədə danışıb.

Gununsesi.info xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: “Bu yaxınlarda Yeni Kaledoniyada bir azərbaycanlı jurnalist qadını saxlayıblar. Ümumiyyətlə, bu, hansı çərçivəyə sığır? Ondan casusluqda da şübhələniblər. O, hadisələri işıqlandırmağa gəlmişdi”.

Gununsesi.info