Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 21-də futbol üzrə Azərbaycan Kubokunun səkkizdəbir final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında Xankəndi stadionunda keçirilən oyundan əvvəl çıxış edib.
Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi stadionunda çıxış edir.
Gununsesi.info -nun xəbərinə görə, dövlət başçısı çıxışından sonra stadiondan “Qarabağ” – MOİK oyununu izləyəcək.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xankəndi stadionuna gəliblər.
Gununsesi.info -nun xəbərinə görə, dövlət başçısını və xanımını “Qarabağ” – MOİK oyununu izləyəcək azarkeşlər ayaq üstə qarşılayıblar.
Sonra Azərbaycanın Dövlət himni səsləndirilib.
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Xankəndidə baş tutacaq “Qarabağ” – MOİK oyunundan əvvəl stadionda çıxış edəcək.
Gununsesi.info AzTV-yə istinadən xəbər verir ki, dövlət başçısı daha sonra qarşılaşmanı stadiondan izləyəcək.
Oyun Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində baş tutacaq.
Matç Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Gununsesi.info