Prezident İlham Əliyev efiopiyalı həmkarını təbrik edib

  • By admin
  • 26 May 2018 18:22

Prezident İlham Əliyev Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Zati-aliləri cənab Mulatu Teşomeyə təbrik məktubu göndərib.

Gununsesi.info AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir: “Ölkənizin milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və rifah diləyirəm”.