“Prezident İlham Əliyev və Ərdoğan türk dünyasının qoşa zirvələridir” – ƏLİ İNSANOV

“Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Turan ideyasının carçıları və Türk dünyasının iki qoşa zirvələridirlər”.

Gununsesi.info bildirir ki, bu sözləri Haqq-Ədalət Partiyasının sədri Əli İnsanov İdarə Heyətində Türkiyədəki seçkilərlə bağlı çıxışında bildirib.
Onun sözlərinə görə, Turan ideyasının gerçəkləşməsinə doğru Prezident İlham Əliyevin və Ərdoğanın birlikdə atdıqları cəsarətli addımlar da dünya çapında çox ciddi narahatlıq yaradıb: “Ölkə daxilində və xaricdəki bədxaqların qurduqları xəyallarla Rəcəb Tayyib Ərdoğanın prezident seçilməyəcəyindən və bunun Azərbaycanda da ciddi nəticələr verəcəyini tirajlayırdılar. Prezident İlham Əliyev dostluq və qardaşlığa sadiq qalaraq, seçki qabağı Türkiyə Cumhuriyyətinə səfər etdi və Rəcəb Tayyib Ərdoğana açıqdan-açığa dəstək verdiyini bəyan etdi”.
Ə.İnsanov deyib ki, belə bir mürəkkəb zamanda Haqq Ədalət Partiyası Prezident İlham Əliyevin siyasətini dəstəkləyib və qardaş Türkiyə seçicilərinin Rəcəb Tayyib Ərdoğanın leyhinə səs vermələri üçün çağırış bəyanatına qoşulub.

“14 mayda keçirilən seçkilər nəticəsində parlamentdəki yerlərin mütləq əksəriyyətini hakim AK Partiyası və onun təmsil olunduğu Cumhur İttifaqı qazandı. 322 yer qazanan Cumhur İttifaqı parlamentdə istədiyi qərarı qəbul edə biləcək. Bu prosesin idarə olunması üçün çox önəmlidir. Beləliklə, Cumhur İttifaqı Anadolu Türkünün səsi ilə parlament seçkilərində qalib gəldi, prezident seçkilərində isə Hörmətli Rəcəb Tayyib Ərdoğan birinciliklə ikinci tura keçdi”.

Ə.İnsanov seçicilər ikinci turda qanunvericilik orqanında lazımi dəstəyi olmayan prezidentliyə namizədi seçməkdə tərəddüd edəcəklər: “Müxalifət qanadındakı məyusluq da, Kılıçdaroğlunun ikinci turda səslərini əridə biləcək. Birinci turda prezident seçkilərində 3-cü yeri tutan Sinan Oğanın təmsil olunduğu Ata İttifaqı əsasən AK Partiyasından və Milliyyətci Hərəkat Partiyasından formalaşdıqlarını nəzərə alsaq Rəcəb Tayyib Ərdoğana səs verəcəkləri şübhə doğurmur”.

Prezident Rəcəb Tayyib Ərdoğanın qələbəsi Türk dünyasının qələbəsidir: “Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Turan ideyasının carçıları və Türk dünyasının iki qoşa zirvələridirlər”.

 

Gununsesi.info