Prezident: “İstefadan sonra vəzifə tutmaq niyyətim yoxdur”

  • By admin
  • 24 Mart 2017 12:36
almazbek-atambayev-3
Prezident  postundan istefa verdikdən sonra hər hansı yüksək  vəzifə tutumaq niyyətim yoxdur.
Gununsesi.info “kabar.kg”-yə istinadən xəbər verir ki,bunu Qırğızstanıın prezidenti Almazbek Atambayev deyib.
 Onun sözlərinə görə, prezident postundan istefa verdikdən sonra nə baş nazir, nə də spiker olmaq niyyətim yoxdur: “Siyasi fəaliyyət göstərmək üçün hər hansı yüksək dövlət vəzifəsi daşımaq  əsas deyil. Ona görə də istefa verdikdən sonra hər hansı yüksək dövlət postunu tutmaq niyyətim yoxdur”.
2017-ci ilin noyabrın 19-da Qırğızstanda  növbəti prezident seçkiləri keçiriləcək. Qırğızstan Konstitutsiyasına əsasən  ölkə prezidenti bir dəfə 6 il müddətinə seçilir. Bir nəfər ancaq  fəaliyyəti müddətində bir dəfə ölkə başçısı vəzifəsini tuta bilər.
A.Atambayev 2011-ci il də Qırğızstan prezidenti seçilib və 2017-ci ilin payızında  bu müddət bitir.
Bununla belə Atambayev onu da bildirib ki,həm ölkə daxilindən mənə minlərlə  müraciət, eyni zamanda  qonşu ölkələrdən ona ikinci müddətə prezident olmaq üçün təkliflər gəlib: “Əgər istəsəydim, qalardım. Ancaq biz öz yolumuzla getməliyik. Mən təmsil olduğum Sosial-demokrat partiyasının işləri ilə məşğul olacam.  Partiyanın güclənməsi üçün çox işlər görülüb. İstəyirəm ki, partiya daha güclü olması üçün yenilənməsinə və təmizlənməsinə ehtiyac var və mən də fəaliyyətimi bu istiqamətdə  quracam”.
Gununsesi.info