Prezident itkin düşmüş şəxslər probleminin həlli mövzusundakı konfransın iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda oktyabrın 2-də Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

Gununsesi.info xəbər verir ki, müraciətin mətnini Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik, Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev oxuyub.

Qeyd edək ki, tədbir Dövlət Komissiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin birgə təşkilatçılığı ilə keçirilir.

 

 

 

Gununsesi.info