Prezident Kəlbəcərdə tikinti işlərinə 80 milyon manat ayırdı

  • By admin
  • 17 Avqust 2023 13:48

Prezident İlham Əliyev Kəlbəcər şəhərində tikinti, təmir və bərpa işləri üçün maliyyə vəsaiti ayrılması haqqında Sərəncam imzalayıb.

Gununsesi.info xəbər verir ki, sərəncamla Kəlbəcər şəhərində tikinti, təmir və bərpa işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsə 80 (səksən) milyon manat vəsait ayrılır.

Maliyyələşməni təmin etmək Maliyyə Nazirliyinə həvalə olunub.

Sərəncamdan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə tapşırılıb.

Gununsesi.info