
Argentinanın keçmiş prezidenti, 72 yaşlı Kirşnerə korrupsiya ittihamı ilə verilən 6 il həbs cəzası qüvvədə saxlanılıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Ali Məhkəmə yekdilliklə korrupsiya işi üzrə Argentinanın keçmiş prezidenti Kristina Fernandez de Kirşnerə 6 il həbs cəzası və ömürlük qadağa qoyulmasını təsdiqləyib.
Argentinanın Ali Məhkəməsi yekdilliklə Kirşnerin vəkillərinin şikayətini rədd edib və 6 il həbs cəzasını qüvvədə saxlayıb.
Ömürlük dövlət vəzifəsində işləmək qadağan edilmiş 72 yaşlı Kirchner qərarı “siyasi və məhkəmə cadugər ovu” kimi qiymətləndirdi .
Argentina prezidenti Xavyer Milei X sosial media platformasındakı paylaşımında bu qərarı alqışladığını və toxunulmazlıq dövrünün bitdiyini bildirib.
Bu arada, paytaxt Buenos-Ayres başda olmaqla bir çox şəhərlərdə onlarla Kirşner tərəfdarı toplaşaraq qərara etiraz edib və keçmiş prezidenti dəstəkləyib.
Argentina mətbuatında çıxan xəbərlərə görə, Kirşner cəzasını evində başa vura biləcək və son qərarı yerli məhkəmə verəcək.
Orxan