Prezident köməkçisi oğlunu evləndirdi - FOTOLAR

  • By Günel
  • 10 Fevral 2025 09:56

Prezident köməkçisi Cevdet Yılmazın oğlu Ferhat Yılmaz təşkil olunmuş möhtəşəm bir mərasimdə Esra Alperenlə evlənib. Toy mərasiminə siyasət, biznes və bürokratiya dünyasının bir çox önəmli adları ilə yanaşı, çoxlu qonaqlar da qatılıb.

Gununsesi.info türk mətbuatına istinadən xəbər verir ki, Altındağ Bələdiyyə Başçısı Veysel Tiryakinin idarə etdiyi nikah mərasimində KKTC Prezidenti Ersin Tatar, TBMM sədri Numan Kurtulmuş, KKTC Baş naziri Ünal Üstel, Konstitusiya Məhkəməsinin sədri Kadir Özkaya, Yargıtay sədri Ömər Kerkez, Baş Qərargah rəisi general Məsləhət Şurasının sədri Metin Gürak, bəzi nazirlər heyətinin üzvləri iştirak edib.

Mərasimə, həmçinin həmkarlar ittifaqları, qeyri-hökumət təşkilatları və iş dünyasından çoxlu qonaqlar da qatılıb.

Xoşbəxt gün münasibəti ilə sosial media hesabında paylaşım edən Cevdet Yılmaz hisslərini bu sözlərlə dilə gətirib:

“Bu gün ailəmiz üçün çox özəl bir gündür. Oğlum Ferhat və qızım Esra güclərini birləşdirərək yeni bir başlanğıca qədəm qoydular. Bu mənalı gündə bizimlə olan, sevincimizi bölüşən bütün dostlarımıza təşəkkür edirəm. Mesajları və duaları ilə bizə dəstək olan hər kəsə təşəkkürümüzü bildiririk. Allah bütün ailə həyatı qurmaq istəyən gənclərimizə xeyirli qapılar açsın, onlara sevgi və əmin-amanlıq bəxş etsin”.

Günel Həsənova

Gununsesi.info