Prezident Mədət Quliyevi müdafiə sənayesi naziri təyin etdi

  • By admin
  • 20 İyun 2019 18:05

Prezident İlham Əliyev Mədət Quliyevin Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Gununsesi.org-un xəbərinə görə, sərəncamla Mədət Qəzənfər oğlu Quliyev Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin edilib.