Maduro: “ABŞ-dakı dəyişikliklər insanlığa və Venesuelaya fayda gətirəcək”

  • By admin
  • 02 Yanvar 2021 10:07

Venesuelanın müxalifət nümayəndələri ABŞ-da yeni seçilmiş prezident Cozef Bayden administrasiyası yanında maraqlarını yürütmək üçün lobbi axtarışındadır.

 

Gununsesi.org xəbər verir ki, bu sözləri Venesuela prezidenti Nikolas Maduro “Venezolana de Television” telekanalının efirində çıxış edərkən deyib.

“ABŞ-da bir çox lobbilər var. Müxalifətçi Leopoldo Lopes Vaşinqtonda Demokratlar Partiyasına yaxın iki şirkətlə işbirliyi qurur ki, Baydenin yeni hökuməti yanında Venesuela ekstremistlərinə lobbi fəaliyyəti göstərməkdə köməklik etsinlər. Baxaq görək, prezident Donald Trampın gedişi ilə ABŞ-ın Venesuelaya qarşı zərərli və ekstremist siyasəti də itəcəkmi?! Ümid edirəm ki, ABŞ-dakı dəyişikliklər insanlığa və Venesuelaya fayda gətirəcək”, – Maduro belə deyib.

Gununsesi.org