Prezident Maduro müsəlmanmı oldu? – Venesuela lideri dünya gündəmində

  • By admin
  • 08 İyun 2023 10:15

Venesuelanın Prezidenti Nikolas Maduro Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın prezidentlik tədbirində etdiyi hərəkəti ilə gündəm olub.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Ərdoğanın yenidən prezident seçilməsi münasibəti ilə Ankaradakı qonaqlar sırasında yer alan Nikolas Maduronun digər qonaqlara qatılaraq müsəlman kimi əl açıb dualar etməsi İsaniya mətbuatının gündəminə gəlib.

“Maduro müsəlmanmı oldu?”, – deyə yazılar yazılmağa başladı.

Bir çox ekspertlər Venesuela liderinin əl hərəkətinin Ərdoğana qarşı nəzakət davranışı olaraq açıqlayıblar.

Xatırladaq ki, “Diriliş Ertoğrul” serialının Venesuelada yayıma girməsi ilə Maduro bu filmin Venesuela xalqını oyandırdığını bildirmişdi.

Yeri gəlmişkən, Maduro bu serialın gerçək İslam dinini öyrətdiyini və bu film sayəsində bir gün müsəlmanlığı qəbul edəcəyini söyləmişdi.

 

Tərcümə: Arzu

Gununsesi.info