
Prezident İlham Əliyev 2024-cü il üçün Azərbaycan Respublikasının texnika və mədəniyyət sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən Akademik Milli Dram Teatrının Bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadəyə Dövlət mükafatı verilib.
Gununsesi.info-nun məlumatına görə, sənəddə qeyd olunub ki, Mehriban Ələkbərzadəyə Dövlət Mükafatı teatr rejissorluğu sahəsində fəaliyyətinə görə verilir.
Qeyd edək ki, M.Ələkbərzadə yaradıcılıq dönəmlərində çoxsaylı tamaşa, ekran əsərlərinin müəllifi, rejissoru, eləcə də Gənc Tamaşaçılar və Yuğ Teatrlarının baş rejissoru vəzifələrində çalışıb.
Bu ilin mart ayında Akademik Milli Dram Teatrında səhnəyə qoyduğu Çingiz Aytmatovun ” Əsrə bərabər gün” tamaşası ilə də uğurlarının sayını artırıb.
Dəyərli rejissor Mehriban Ələkbərzadəni Dövlət Mükafatı alması ilə bağlı təbrik edir, yeni yaradıcılıq uğurları arzulayırıq!
Gununsesi.info