Azərbaycan Prezidenti İlham Əliyevsentyabrın 21-də Mingəçevir şəhərinə səfərə gedib.
Gununsesi.info-nun məlumatına görə, dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsi önünə gül dəstəsi qoyub.
Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov son dövrdə Mingəçevirdə görülən işlər barədə dövlət başçısına məlumat verib.
Bildirilib ki, ümummilli liderin adını daşıyan parkın ərazisi üç hektardır. Parkda şəlalə kompleksi və yeni kafe tikilib, mövcud “Ana və uşaq” kafesi müasir üslubda yenidən qurulub, geniş yaşıllıq işləri görülüb.
Gununsesi.info