Prezident Minsk qrupunun həmsədrlərini TƏNQİD ETDİ

BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etdi. Bu qətnamələrdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunsa da, 27 ildə onların heç biri icra edilmədi, biz özümüz onları icra etdik.

Gununsesi.info xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda London beyin mərkəzinin nümayəndəsi, St Andrews Universitetinin professoru Rik Faunun sualına cavabında bildirib.

HTML tutorial

Dövlətimizin başçısı deyib ki, o qətnamələri qəbul edənlər BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü idi, onlar həm də ATƏT-in Minsk qrupunun həmsədrləri idilər. Onların nə üçün özlərinin qəbul etdikləri qətnamələri icra etməməsinin səbəbi çox aydındır. “İşğalla bağlı vəziyyət onlar üçün – Ermənistan üçün də, Minsk qrupunun həmsədrləri üçün də məqbul idi. Bizə isə məqbul deyildi, biz azlıqda idik”, – deyə Azərbaycan Prezidenti qeyd edib.

Gununsesi.info