Prezident Mixail Saakaşvili ilə bağlı bəyanat verdi

  • By admin
  • 20 Noyabr 2021 19:56

“Mən keçmiş prezidentin Qori Hərbi Hospitalına köçürülməsi planını alqışlayıram, çünki bu, həm tibbi, həm də təhlükəsizlik baxımından bütün standartlara cavab verən bir yerdir”.

Gununsesi.info xəbər verir ki,  bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili bildirib.

Prezident hesab edir ki, bu qərar Strasburq məhkəməsinin keçmiş prezidentin özü tərəfindən əvvəlcədən razılaşdırılan və çoxprofilli klinikaya köçürüləcəyi təqdirdə aclıq aksiyasına son qoyacağını bildirdiyi sorğuya tam cavab verir.

“Mən Elene Xoştariyanın aclıq aksiyasını dayandırmaq qərarını da alqışlayıram.

Müxalifətin klinikanın yaxınlığında etiraz aksiyaları keçirməməyə hazır olması, bəzi partiyaların Parlamenti boykotuna son qoymaq qərarı da mühüm və düzgündür.

“Bugünkü qərarlar cəmiyyətin əmin-amanlığını və ölkənin sabitliyini təmin edəcək irəliyə doğru atılan addımlardır”, – prezident bəyanatında bildirib.

Gununsesi.info