

Prezident İlham Əliyevin Yevlaxda respublika müşavirəsində ölkə iqtisadiyyatının inkişafı ilə bağlı yeni hədəflərini elan etmiş oldu.
Bu fikri Gununsesi.info-ya açıqlamasında millət vəkili Aydın Hüseynovdeyib.
Onun sözlərinə görə, artıq ölkə başçısının respublikanın müxtəlif regionlarında müşavirələr keçirməsi bir ənənə halını alıb. “Artıq neçənci dəfədir ki, Azərbaycan prezidentinin sədrliyi ilə regionlarda ölkənin qeyri-neft sektoru, xüsusən də kənd təsərrüfatının inkişafına həsr olunmuş müşavirə keçirir. Bu müşavirələrdə mövcud vəziyyət və qarşıda duran hədəflərə çatmağın yolları müzakirə olunur. Yevlaxda keçirilən respublika müşavirəsi də bu qəbildən olan tədbirlərdən növbətisi idi. Ölkə başçısı bu müşavirədə Azərbaycanın mövcud iqtisadi duurmua və qarışıda duran hədəflər barədə ciddi bəyanatlar verdi”- deyə, millət vəkili vurğulayıb.
Milət vəkili əlavə edib ki, dövlət başçısının Yevlax müşavirəsindəki giriş və yekun nitqləri, eləcə də müşavirədəki digər çıxışlar göstərdi ki,qeyri neft sektorunu inkişaf etdirmək, onun hesabına həm daxili tələbatı ödəmək, həm də ixracı artırmaq üçün xeyli potensialımız var:
“Bunu cari ilin statistikası da sübut edir. Rəsmi satsitikaya əsasən 2017-ci ilin yanvar-fevral aylarında xarici ticarət dövriyyəsi 3287,7 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 2315,7 milyon dollar, idxalın dəyəri 972 milyon dollar təşkil etmiş, nəticədə 1343,7 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2016-cı ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi real ifadədə 12,9 faiz, o cümlədən ixrac 13,5 faiz, idxal isə 11,8 faiz azalmışdır. 2017-ci ilin yanvar-fevral aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 44,6 faiz, təzə tərəvəz – 2,1 dəfə, meyvə və tərəvəz şirələri – 66,1 faiz, meyvə və tərəvəz konservləri – 3,4 faiz, polietilen – 6,7 faiz, pambıq lifi – 7,0 dəfə, bentonit gili – 3,0 dəfə artmış, şəkər ixracı isə 60,2 faiz, bitki yağları – 15,1 faiz, çay – 12,5 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 38,8 faiz, kartof – 69,6 faiz, emal olunmamış alüminium – 22,4 faiz, qara metallardan borular – 15,3 faiz, pambıq ipliyi – 25,3 faiz, qara metallardan yarımfabrikatlar – 88,6 faiz azalmışdır. Bununla belə son vaxtlar qeyri neft sahəsinə aid olan bir sıra məhsulların ixracı və valyuta gətirmə göstəriciləri yaxşılaşıb”.
A.Hüseynov əlavə edib ki, aqrara sektoru inkişaf etdirmək üşün böyük potendsila malikik və ölkə başçısının dediyi kimi bu imkanlardan maksimum yararlanmalıyıq. “Azərbaycanda qeyri-neft sektorunun əsas prioritet sahələri hesab olunan kənd təsərrüfatı, emal sənayesi, ağır sənayenin bir sıra sahələri, turizm, informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etməklə həm öz istehsalımız hesabına yerli tələbatın ödənilməsində, həm də qeyri-neft ixracının artırılmasında nəzərəçarpan irəliləyişlərə nail olmaq olar.Ona görə də prezident müşüvirədə çox vacib bir məsələ qaldırdı. Bunlar qarşıdakı 3-4 il ərzində əsas istehlak mallarımızla özümüzü tam şəkildə təmin etməklə yanaşı, ixrac üçün əlavə imkanlar yaratmaqdan ibarətdir”- deyə,o, bildirib.
A.Hüseynov onu da deyib ki, müşavirədə ölkə başçısı qarşıda duran hədəflərə nail olmaq üçün ixracı və sərmayələri təşviqləndirilməsi mexanizmlərinin yaradılmasını, ixrac üçün perspektivli sayılan ölkələrdə müvafiq sərgilərin, forumların təşkilini, xarici ölkələrdə Azərbaycan ticarət evlərinin yaradılmasının vacibliyini dilə gətirdi. “Ona görə də hesab edirəm ki, ölkə başçısının irəli sürdüyü ideyaların reallaşdırlması üçün səmərəli tətbiq mexanizmləri tapılmalıdır. Və bu hökumətin qarşısında əsas bir vəzifə kimi qoyuldu. Hesab edirəm ki, hökumət ölkə başçısının ölkə iqtisadiyyatının inkişafı ilə bağlı irəli sürdüyü ideya və təkliflərin reallaşamsı üçün səmərəli mexanizmlər hazırlayıb, həyata keçirəcək”- deyə, millət vəkili vurğulayıb.
Millət vəkili bildirib ki, müşavirədə ölkə başçısı turizm, kənd təsərrüfatı və sənayenin inkişaf etdirilməsi, biznesə dövlət dəstəyi və sahibkara güzəştli şərtlərlə kreditlərin verilməsi siyasətinin yürüdülməsi iqtisadi prioritetlər kimi müəyyən edib: “Dövlət başçısı xarici sərmayənin cəlb edilməsi ilə bağlı daha da fəal iş aparılmalı olduğunu, burada dövlət orqanları ilə yanaşı, yerli icra orqanlarının da çalışmasının zəruriliyi barədə müvafiq tapşırıqlar verib. Bəli, Prezident İlham Əliyev müşavirədə bir daha yeni hədəflər müəyyən etməklə, bu hədəflərə çatmaq üçün qarşıda duran vəzifələr barədə konkret tapşırıqlarını verdi”.
Mürtəza
Gununsesi.info