Prezident NATO-dan yardım istədi: RUSİYA TƏHLÜKƏSİ

  • By admin
  • 07 Fevral 2022 21:25

Polşa NATO-nun Baş katibi Yens Stoltenberqdən əlavə hərbi yardım istəyib.

Gununsesi.info xəbər verir ki, bu barədə Polşa Prezidenti Andjey Duda danışıb.

“Mən təkliflərlə cənab baş katibə müraciət etdim. Birincisi, mən şübhə etmirəm ki, burada Şimali Atlantika alyansının şərq cinahında möhkəmlənməyə ehtiyacımız var”, – Duda deyib.

O bildirib ki, Rusiyanın hərbi təhlükəsi artmaqdadır:

“Hər kəs nə edildiyini görür. Rusiya Avropanın bizim olan hissəsində hərbi mövcudluğunu artırır”.

Gununsesi.info