Prezident NATO-nun baş katibi ola bilər

Estoniya Prezidenti Kersti Kalyulaydın NATO-nun Baş katibi vəzifəsinə potensial namizədlər arasında ola bilər.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı “Politico” nəşri yayıb.

HTML tutorial

Nəşr yazır ki, NATO-da bu vəzifəni növbəti dəfə kimin tuta biləcəyi ilə bağlı müzakirələr başlayıb və yeni baş katibin adına NATO liderlərinin gələn ilin yazında və yayın əvvəlində Madriddə keçiriləcək görüşdə aydınlıq gələcəyi gözlənilir.

Məlumata əsasən, bir çox analitiklər baş katib vəzifəsini əks cinsin icra etməsinin vaxtının yetişdiyini hesab edirlər. Digərləri Y. Stoltenberqin xələfini seçərkən Şərqi Avropadan nümayəndə seçməyin lazım olduğunu deyirlər.

İlk baxışda üç qadın namizədin – Estoniya Prezidenti Kersti Kalyulayd, Litvanın keçmiş Prezidenti Dalya Qribauskayte və Xorvatiyanın keçmiş Prezidenti Kolinda Qrabar-Kitaroviçin bu meyarlara cavab verdiyi bildirilir.