Prezident nüvə başlıqlarından imtina etməsinin əsas səbəbini açıqladı

  • By admin
  • 03 Noyabr 2016 13:45
Kazakhstan-president-Nursultan-Nazarbayev 
Nazarbayev nüvə başlıqlarından imtina etməsinin əsas səbəblərini açıqladı: “Nüvə başlıqlarının istənilən şəxsin əlinə düşəcəyindən ehtiyat etdiyimizdən satdıq”.
Gununsesi.info  xəbər verir ki, bu fikri Qazaxstan prezidentin Nursultan Nazarbayev  Yaponiya mediasına müsahibəsində deyib.
Qazaxstan prezidentinin rəsmi saytının yaydığı məlumata əsasən, N. Nazarbayev  yaponiyalı jurnalistlərin ölkədə nüvə silahından imtina etməsi  və poliqonun  bağlanması ilə sualına cavab olaraq  bildirib ki,  ölkəmiz  nüvə silahından imtina etmək və poliqonu bağlamaqla bəşəriyyətə rahat nəfəs alması üçün bir şans verdi. “Bu qədər silahın belə bir ölkədə olmasını təsəvvür edin nə deməkdir. Bu istənilən adamın əlinə keçə bilər. Bu gün mən prezidentəm. Sabah başqası olacaq. Hakiyyətə gələcək şəxs ambisiyalarla gələcək  heç kim bilmir. Ölkəmin gələcəyi ilə bağlı nələr olacaq. Hansı münasibətlər olacaq. Belə suallar yarandığından  düşünərək belə bir qərar verdik ki, bu silahlardan xilas olaq. Bu raketləri yığışdıraq, uzaq məsafələrə uçan bombardman təyyarələri hərbi təyyarələrə dəyişək. Biz bu təyyarə və  nüvə raket başlıqlarını sataraq dövlətimizə pul gətirdik  və sərmayə cəlb olunmasına çalışdıq”- deyə, N. Nazarbayev vurğulayıb.
Rusiya-Yaponiya arasındakı münasibətlərə toxunan Nazarbayev  bildirib ki, bu gün iki ölkə arasında yaxşı əlaqələr yaranıb və   çox aktiv danışıqlar gedir: “Mən dəqiq bilirəm ki,  Putin və Rusiya  etibarlı əlaqələr qurmaq istəyir. Bilirəm ki, bu iki ölkə arsında adalar məsələsi hər zaman müzakirə predmeti olub. Bu gün bir çox ölkələrdə həll olunmamış məsələlər var. Bu cür məsələlər ancaq ölkələr arasındakı yaxşı və etibarlı münasibətlərin qurulması nəticəsində həllini tapa bilər”.
Qazaxstan prezidenti deyib ki, Rusiya ilə Yaponiya arasında  yaxşı iqtisadi əlaqələr qurularsa və dostluq  və qarşılıqlı ticarət haqqında sənədlər imzalanarsa, o zaman digər məsələlər də öz həllini tapacaq.
Gununsesi.info