Prezident oğlunu orduya rəhbər təyin etdi

  • By admin
  • 22 Mart 2024 14:13

Uqanda prezidenti Yoveri Museveni oğlu Muhoozi Kainerugabanı ölkənin silahlı qüvvələrinin ali baş komandanı təyin edib.

Gununsesi.info xəbər verir ki, Uqanda Müdafiə Nazirliyinin açıqlamasında ordu səviyyələrində dəyişikliklərin edildiyi bildirilib. Kainerugabanın atasından sonra dövlət başçısı olacağı təxmin edilir.

Əvvəllər Efiopiyada üsyançı Tigray Xalq Azadlıq Cəbhəsini (TPLF) dəstəkləyən paylaşımlar edən Kainerugaba 2022-ci ildə sosial media hesabındakı ordu Keniyanın paytaxtı Nayrobini 2 həftəyə ələ keçirə bilər paylaşımdan sonra atası Museveni tərəfindən quru qoşunlarının komandanı vəzifəsindən uzaqlaşdırılıb.

Kainerugaba sonuncu dəfə əsas qurumların, xüsusən də Müdafiə Nazirliyinin təhlükəsizliyinə cavabdeh olan xüsusi təyinatlı qrupun komandiri təyin edilib.

 

Gununsesi.info